Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xalqa bağışlanan ömür

0

  •          Azərbaycanda XX əsrin 90-cı illərində müstəqilliyə gedən yol çox da asan olmadı. 1992-ci ildə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü Azərbaycan xalqını qardaş qırğınına qədər gətirib çıxartdı. 1993-cü ildə xalqın təkidi və tələbi ilə Naxçıvandan Bakıya gələn ümummilli lider Heydər Əliyev ölkəni parçalanmaqdan və milli qırğından xilas etdi. 3 oktyabr 1993-cü ildə xalqın yüksək səs çoxluğu ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada öz siyasi nüfuzuna sahib çıxdı. İlkin mərhələdə ölkə daxilində aparılan islahatlar əhalinin məşğulluq məsələsini, ərzaq çatışmazlığı problemini həll etdi. Bununla yanaşı, xarici dövlətlərlə siyasi əlaqələrlə bərabər iqtisadi, mədəni əlaqələrin qurulması təmin edildi. Aəzrbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edəcək neft və qaz müqavilələrinin bağlanması xalqın maddi rifah halının yüksəldilməsinə səbəb oldu.Ümummilli lider təhsil sahəsinin inkişafına, ordu quruculuğuna xüsusi önəm verdi. Xarici ölkələrdə yaşayan həmvətənlərimiz arasından olan elm adamlarını və hərbçiləri ölkəyə dəvət etməsi elmin və hərbi sahənin inkişafına böyük təkan verdi. Xarici dövlətlərdə, beynəlxalq təşkilatlarda keçirilən görüşlərdə olarkən Ümummilli Liderin mütləq qarabağ məsələsini önə çəkməsi bu günkü hərbi və siyasi qələbəmizin qazanılmasında böyük rol oynadı.        Azərbaycan xalqı öz xilaskarını əsrlər boyu unutmayacaq, onu xatirəsini daim əziz tutacaq. Aydın HƏSƏNOV,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib22 dəfə
    Xalqa bağışlanan ömür

    Maraqlı gələ bilər
    39
    32